Bakının Tbilisi prospektinin bir hissəsində təmir yekunlaşdı - FOTO

Bakının Tbilisi prospektinin bir hissəsində təmir yekunlaşdı - FOTO

Hazırda oxunan: Bakının Tbilisi prospektinin bir hissəsində təmir yekunlaşdı - FOTO

91376

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsinin təmirini başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 630 metr təşkil edən həmin hissənin təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətləri çəkilib.

Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunur.

Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO