Milliyyətcə gürcü olan rusiyalı sənətçi, müğənni Qriqori Leps Ukraynada keçirilən xüsusi hərbi əməliyyat iştirakçılarına dəstək vermək üçün Donbas ərazisinə gəlib.
Bizim.Media “tvzvezda.ru” saytına istinadən xəbər verir ki, sənətçi döyüş əməliyyatlarında iştirak etmiş yaralı rus əsgərlərinə baş çəkmək, çətin anlarında onlara dəstək olmaq niyyətində olduğunu bildirib.
“Biz oğlanları dəstəkləməyə gəlmişik. Ümid edirəm ki, onları çətin gündəlik həyatdan bir az da yayındıracağıq. Yaralı döyüşçüləri görəcəyik, onlara xoşbəxtlik arzulayacağıq, plastinka hədiyyə edəcəyik, pul paylayacağıq”, - deyə Leps Telegram-da yayımladığı videoda qeyd edib.
Bizim.Media