Saray qəsəbəsində avtomobili belə oğurladılar - ANBAAN VİDEO

Saray qəsəbəsində avtomobili belə oğurladılar - ANBAAN VİDEO

Hazırda oxunan: Saray qəsəbəsində avtomobili belə oğurladılar - ANBAAN VİDEO

63884

Abşeron rayonu Saray qəsəbəsində ötən gün avtomobil oğurlanıb. Hadisə qəsəbənin İ, Əmiraslanov küçəsində qeydə alınıb.  

Bizim.Media xəbər verir ki, bu barədə avtomobil sahibi sosial şəbəkələrdə məlumat verib.

O, 99 RD 455 nömrə nişanlı avtomobilin qəsəbə ərazisindən yoxa çıxdığını xəbər verib. Bu gün isə avtomobil oğrusunun müşahidə kameralarında necə görüntülənməsini paylaşıb.

Avtomobili oğurlanan vətəndaşın qeyd etdiyinə görə günəş şüəsı səbəbindən kameralarda görüntülənən şəxsin üzü aydın görünmür. O, təxminən 1.70 sm boyda, qara gödəkcədə və yaşıl şalvarda olub. 

Qeyd edək ki, hadisə barədə aidiyyəti qurumlara məlumat verilib. Məsələ ilə bağlı hələki rəsmi məlumat verilməyib.

Alçina Amilqızı, Bizim.Media 
 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO