"Sərrast, dəqiq, aydın, ədəbi dildə nitq". Rusiyanın tanınmış teleaparıcılarından və hakimiyyət təbliğatçılarından olan, indiyədək ermənipərəsti mövqeyi ilə tanınan Vladimir Solovyov Kremldə RF Prezidenti Vladimir Putinlə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını belə dəyərləndirib.
Bizim.Media xəbər verir ki, "Rossiya 1" telekanalındakı "Vladimir Solovyovla axşam" verilişində Azərbaycanla Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə müzakirə olunub.
"Bu gün (dünən) Kremldə Rusiya və Azərbaycan arasında müttəfiqlik münasibətləri barədə müqavilə imzalandı.
Və orada dəqiq, sərrast, anlaşılan dildə danışan, müvafiq görkəmdə olan iki prezident sayğı doğurur. Baxın! (studiyada Prezident İlham Əliyevin çıxışı nümayiş olunur). Sərrast, dəqiq, aydın, ədəbi dildə nitq", - V.Solovyov deyib.
V.Solovyov daha sonra bildirib ki, bu müqavilə Rusiyanın başqa dövlətlərlə münasibətlərinin olub-olmaması, onun nə dərəcədə təcrid vəziyyətində qalması barədə Britaniyanın baş naziri Boris Consona cavabdır.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:49 / 23.02.2022
Solovyov Azərbaycan Prezidentinin çıxışı HAQDA: “Sərrast və ədəbi dildə nitq" - VİDEO
Hazırda oxunan: Solovyov Azərbaycan Prezidentinin çıxışı HAQDA: “Sərrast və ədəbi dildə nitq" - VİDEO
Hazırda oxunan: Solovyov Azərbaycan Prezidentinin çıxışı HAQDA: “Sərrast və ədəbi dildə nitq" - VİDEO
0:00
0:00
61491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.