İsveçdə öldürüldüyü deyilən Şəbnəmin cənazəsi ailəsinə təhvil verildi - VİDEO 

İsveçdə öldürüldüyü deyilən Şəbnəmin cənazəsi ailəsinə təhvil verildi - VİDEO 

Hazırda oxunan: İsveçdə öldürüldüyü deyilən Şəbnəmin cənazəsi ailəsinə təhvil verildi - VİDEO 

61253

İsveçdə öldürüldüyü iddia olunan Şəbnəmin cənazəsi ailəsinə təhvil verilib. 

Bizim.Media xəbər verir ki, ARB TV-nin “Səni Axtarıram” verilişində qızın cənazəsi Azərbaycana gətirilərək kanalın qarşısında ailəsinə təhvil verilib. 

Xatırladaq ki, mərhum Şəbnəmin anası Fəzilə xanımın “Səni Axtarıram”a müraciəti qızının cənazəsinin İsveçdən Azərbaycana gətirilməsi ilə bağlı olub. 

Şəbnəmin həyat yoldaşı Elvinin və qayınanası Aygünün dediyinə görə, Şəbnəm intihar edərək özünü gölə atıb. Deyilən ölüm səbəbinə inanmayan mərhumun valideynləri onun əri və qayınanası tərəfindən öldürüldüyünü iddia edirlər. 
Xatırladaq ki, Şəbnəmin cənazəsinin İsveçdən Azərbaycana gətirilməsinə həyat yoldaşı Elvin mane olurdu. O, cənazənin Azərbaycana köçürülməsində dəstək olanları, həmçinin verilişin aparıcısı Xoşqədəm Hidayətqızını hədələyirdi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO