Nyu-York metrosunda bir nəfər maçete ilə sərnişinlərə hücum etdi - VİDEO

Nyu-York metrosunda bir nəfər maçete ilə sərnişinlərə hücum etdi - VİDEO

Hazırda oxunan: Nyu-York metrosunda bir nəfər maçete ilə sərnişinlərə hücum etdi - VİDEO

606609

Nyu-Yorkda metro stansiyasında sərnişinlərə maçete (döyüşlərdə istifadə olunan enli bıçaq) ilə hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə AP və digər ABŞ mediası yazıb.

Hadisə 11 aprel tarixində 42nd Street–Grand Central metro stansiyasında baş verib.

Məlumata əsasən, hücum edən şəxs özünü “Lüsifer” adlandırıb, əlindəki maçetanı yerə qoymaqla bağlı polisin dəfələrlə verdiyi əmrlərə tabe olmayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına doğru hərəkət edib. Nəticədə polis ona atəş açıb. Şəxs xəstəxanaya çatdırılsa da, orada ölüb.
 

NYPD-nin açıqlamasına görə, hücum edən şəxs 44 yaşlı Entoni Qriffin olub. O, hadisədən əvvəl üç nəfəri yaralayıb. Yaralananlar 84 yaşlı kişi, 65 yaşlı kişi və 70 yaşlı qadındır. Onların hamısı xəstəxanaya yerləşdirilib, xəsarətlərinin həyat üçün təhlükəli olmadığı bildirilir.


Məlumatlarda qeyd olunur ki, hadisə səhər saatlarında baş verib və stansiyada panika yaradıb. Hücumdan sonra metro hərəkətində müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Nyu-York polis komissarı Cessika Tiş bildirib ki, hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə almaq üçün operativ müdaxilə edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO