ABŞ İraqın Ənbar vilayətində yerləşən hərbi hospitala aviazərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatına görə, zərbə yerli vaxtla saat 09:00-da hərbi tibbi məntəqəsi və baza mühəndis bölməsinə endirilib. Zərbələr nəticəsində İraq Silahlı Qüvvələrinin ən azı yeddi hərbçisi həlak olub, 13 nəfər isə yaralanıb.
Qeyd edək ki, zərbə rəsmi olaraq İraq silahlı qüvvələrinin bir hissəsi olan iranyönümlü silahlı dəstə koalisiyası - "Xalq Səfərbərlik Qüvvələri"nə məxsus obyektə endirilib. ABŞ öz növbəsində koalisiyanı terror təşkilatları siyahısına daxil edib.
Hücuma görə İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani Xarici İşlər Nazirliyinə (XİN) ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkilini çağırmağı tapşırıb.
Bizim.Media
































































































