Daha bir estetik mərkəzdə QALMAQAL - Eyni həkimdən 3 pasiyent şikayət etdi - VİDEO

Daha bir estetik mərkəzdə QALMAQAL - Eyni həkimdən 3 pasiyent şikayət etdi - VİDEO

Hazırda oxunan: Daha bir estetik mərkəzdə QALMAQAL - Eyni həkimdən 3 pasiyent şikayət etdi - VİDEO

598148

Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb, 5 aydır şiddətli ağrılardan əziyyət çəkir.

Bizim.Media xəbər verir ki, uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova deyir ki, tik-tok sosial sosial platformasında qarşısına çıxan "Beauty Derm" Estetik Mərkəzinə və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib.

Üzgərmə əməliyyatı üçün  müraciət etdiyi klinikadan  evinə iflic vəziyyətində dönüb.

O iddia edir ki, bu əməliyyat üçün "Beauty Derm" Estetik Mərkəzinə 2000 min manat pul ödəyib. İlk estetik əməliyyatdan sonra evə gələndə səhhəti qəflətən pisləşir. Evdə yıxılaraq huşunu itirdiyini iddia edən Gülnarə Həmidova Esmira İbrahimovaya zəng etsə də dəstəyi qaldıran olmur.
 

Əfsanə Yusifova və Fərqanə Xasməmmədova da iddia edir ki, dodağına vurulan süni gelin çıxarılması məqsədi ilə özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib. Əməliyyatdan sonra hər iki pasiyentin dodaq nahiyyəsində əyilmə yaranıb, tikiş işlərinin çapığı ciddi iz qoyub.


Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO