3 ay əvvəl beyin əməliyyatı keçirən 56 yaşlı qadın iflic olub...
Bizim.Media xəbər verir ki, cərrahiyyə əməliyyatı Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilib.
İflic olan Xalidə Yaradovanın oğlu Elməddin Yaradov iddia edir ki, xəstəxanada pasiyentə göstərilən etinasız münasibət nəticəsində qadının vəziyyətti daha da ağırlaşıb.
Elməddin Yaradov deyir ki, əməliyyatı Xəstəxananın həkim-neyrocərrahı Elşən Hüseynzadə icra edib.
Elməddin Yaradovun iddialarına aydınlıq gətirmək üçün saatlar Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimovu gözlədik, xəstəxanada olsa da, kameramızın obyektivindən yayındı.
Xəstəxanın direktoru Fərhad Həsənovla görüşmək cəhdimiz baş tutmadı.
Əməliyyatı icra edən həkim-neyrocərrah Elşən Hüseynzadə işdə olmadığından onunla telefon əlaqəsi saxladıq. O, ailənin iddiaları ilə razılaşmadığını bildirdi:
Elşən Hüseynzadə qeyd edib ki, əməliyyatdan sonra bədənində problem olmayan pasiyentlərdə yaralar çapıqlaşır, Xalidə Yaradovada isə tam əksidir. Tibbi xidmət vaxtlı-vaxtında göstərilməsinə başmayaraq, şəkər xəstəliyi ona tam sağalmağa, yaraların qapanmasına imkan vermir.
Xəstənin dərman təminatı məsələsinə gəlincə, Elşən Hüseynzadə əməliyyat da daxil olmaqla, bütün bunların İcbari Tibbi Sığorta hesabına həyata keçirildiyini qeyd edib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media































































































