Bakının mərkəzindəki tarixi binada təmir işləri üçün icazə alınıb? – RƏSMİ AÇIQLAMA - VİDEO

Bakının mərkəzindəki tarixi binada təmir işləri üçün icazə alınıb? – RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Bakının mərkəzindəki tarixi binada təmir işləri üçün icazə alınıb? – RƏSMİ AÇIQLAMA - VİDEO

592341

Bakının mərkəzində yerləşən tarixi və memarlıq əhəmiyyətli binada təmir işləri aparılır. Söhbət Bülbül prospekti və 28 May küçəsinin kəsişməsində, “Nizami” kinoteatrının qarşısında yerləşən binadan gedir.

Bizim.Media xəbər verir ki, 1935-ci ildə layihələndirilən binanın bir hissəsi təmir olunur. 

Qeyd edək ki, sözügedən bina yerli əhəmiyyətli memarlıq abidəsidir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi tabeliyində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, binanın təmiri və bərpası ilə bağlı layihə razılaşdırılıb və bərpa işlərinin aparılmasına icazə verilib.
 

Xatırladaq ki, ötən il sentyabr ayında həmin binada başladılan bərpa işləri yarımçıq saxlanılmışdı. Buna səbəb binanın fasadında qanunsuz metal konstruksiyaların quraşdırılması olub. Aidiyyəti dövlət orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində abidənin fasad hissəsinə quraşdırılan həmin metal konstruksiyalar sökülüb.


Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı, o cümlədən “Xalq” qəzetinin redaksiyası sözügedən binada yerləşir. 


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO