Qadın öz uşağını radiatora bağlayaraq vəhşicəsinə döydü – VİDEO

Qadın öz uşağını radiatora bağlayaraq vəhşicəsinə döydü – VİDEO

Hazırda oxunan: Qadın öz uşağını radiatora bağlayaraq vəhşicəsinə döydü – VİDEO

591493

Qazaxıstan internet məkanında yayılan görüntülər cəmiyyətdə böyük şok yaradıb. Kadrlarda qadının söyüş söyərək azyaşlı oğlunu amansızcasına döydüyü görünür. Uşaq bərkdən ağlayır, ana isə ona əl və ayaqları ilə zərbələr endirir.

Bizim.Media yerli KİV-lərə istinadən xəbər verir ki, bu qəddar səhnənin şahidləri digər uşaqlar və azyaşlının atası olub.
 

Videonu da məhz ata çəkib. Görüntülərdə qadının uşağı hətta baş nahiyəsindən ayaqla vurduğu əks olunur. Üstəlik, körpənin qaçmaq imkanı olmayıb – o, radiatora bağlanmış vəziyyətdə olub.


Panfilov rayon polis əməkdaşları tərəfindən dərhal araşdırma aparılıb və fakt təsdiqini tapıb.

Jetisu vilayəti Polis Departamentindən bildirilib:

“Müəyyən edilib ki, 28 yaşlı qadın azyaşlı övladına bədən xəsarətləri yetirib. Fakt üzrə cinayət işi başlanıb. Qadın istintaq hərəkətlərinin aparılması üçün polis şöbəsinə aparılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”.

Polisdən əlavə edilib ki, təhlükəsizlik məqsədilə iki uşaq hadisənin bütün halları tam aydınlaşdırılanadək Ailəyə Dəstək Mərkəzinə yerləşdirilib. Eyni zamanda, qəyyumluq və himayə orqanları qarşısında valideynlik hüquqlarından məhrumetmə məsələsi qaldırılıb. İş regional polis idarəsinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO