Suriyada atəşkəsdən sonra kürd terrorçuları yerli əhalini qətlə yetirib? – FOTO/VİDEO

Suriyada atəşkəsdən sonra kürd terrorçuları yerli əhalini qətlə yetirib? – FOTO/VİDEO

Hazırda oxunan: Suriyada atəşkəsdən sonra kürd terrorçuları yerli əhalini qətlə yetirib? – FOTO/VİDEO

591487

Suriya Daxili İşlər Nazirliyi Dəməşq hakimiyyəti ilə terror təşkilatı YPG/SDG arasında imzalanmış atəşkəs və inteqrasiya sazişindən sonra Həsəkə vilayətindən yayılan qətliam iddiaları ilə bağlı araşdırmaya başlayıb. Nazirliyin açıqlamasında bildirilib ki, yayılan xəbərlər böyük narahatlıq və ciddi şəkildə izlənilir, daxil olan məlumatların təsdiqlənməsi üçün səlahiyyətli qurumlar dərhal araşdırmalara start veriblər.

Bizim.Media xəbət verir ki, Suriya hökuməti ilə PKK/SDQ arasında orduya tam inteqrasiya və genişmiqyaslı atəşkəs barədə 14 maddəlik saziş imzalanıb.
 

Suriya Daxili İşlər Nazirliyi Həsəkə şəhərinin qərbində YPG/SDQ qüvvələri tərəfindən mülki əhaliyə qarşı qətliam törədilməsi iddiaları ilə bağlı istintaq başladıldığını açıqlayıb.


Sazişə əsasən, YPG/SDQ qüvvələrinin Suriya ordusuna tam inteqrasiyası təmin ediləcək, bütün sərhəd-keçid məntəqələri, neft və təbii qaz yataqları Suriya hökumətinin nəzarətinə keçəcək.

PKK terror təşkilatının rəhbər və üzvlərinin bölgədən çıxarılmasını da nəzərdə tutan razılaşmadan sonra Suriya mətbuatı Həsəkənin qərbində YPG/SDQ silahlıları tərəfindən mülki şəxslərə qarşı qətliam törədildiyi iddialarını gündəmə gətirib.

Suriya Daxili İşlər Nazirliyi qətliam iddiaları ilə bağlı zəruri araşdırmaların başladıldığını bəyan edib. Nazirliyin sosial şəbəkə hesabında yayılan açıqlamada xəbərlərin böyük narahatlıq və ciddiyyətlə izlənildiyi vurğulanıb. Bildirilib ki, “alınan məlumatların dəqiqləşdirilməsi üçün səlahiyyətli bölmələr dərhal lazımi araşdırmalara başlayıblar”.

Sazişin imzalanmasından sonra çıxış edən Suriya Prezidenti Əhməd Şaraa bildirib:

“Suriya dövləti vahid bir bütövdür, qərarvermə mərkəzidir. Dövlət qurumları bütün Suriya ərazisində fəaliyyət göstərəcək və regional işləri idarə edəcək. Xüsusi statusa malik bölgələrdə təhlükəsizlik personalı yerli əhali arasından təyin olunacaq.”






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO