Lukaşenko Putindən tələb etdi: “Söz vermisən, mənə polkovnik rütbəsi ver” – VİDEO

Lukaşenko Putindən tələb etdi: “Söz vermisən, mənə polkovnik rütbəsi ver” – VİDEO

Hazırda oxunan: Lukaşenko Putindən tələb etdi: “Söz vermisən, mənə polkovnik rütbəsi ver” – VİDEO

0:00
0:00
59016

Rusiya Federasiyasının prezidenti  Vladimir Putin mənə polkovnik hərbi rütbəsi vəd edib.

Bizim.Media “unian.net” saytına istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko "Soloviev Live" YouTube kanalında yayımlanan proqramda aparıcı Vladimir Solovyovla eksklüziv müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Putin hələ də vədinə əməl etməyib.

"Mən polkovnik-leytenantam, amma özümə generalissimus və ya general ulduzunu asa bilmərəm. Putin polkovnikdir, o, mənə polkovnik rütbəsi vəd edib, amma hələ də təltif etməyib", - belaruslu siyasətçi əsəbi halda deyib.

Rusiya prezidentinin ona hansı ölkənin hərbi rütbəsini verə biləcəyi ilə bağlı suala Lukaşenko belə cavab verib: “Rusiya ordusunun polkovniki”.

Solovyov isə ona “Yaxşı, müstəqil Belarus prezidentinin Rusiya ordusunun polkovniki olduğunu necə təsəvvür edirsiniz?” sualını verib.

Lukaşenko cavabında belə deyib: “Bu, mənim problemimdir, sizin deyil. Söz verib, qoy yerinə yetirsin”.

Belarus prezidenti əlavə edib ki, Putin ona Sovet ordusunun polkovnik rütbəsini versə, onun üçün yaxşı olar. 

Lukaşenko qeyd edib ki, o, Putinə Belarus generalı rütbəsi verməklə öz “təşəkkürünü” bildirəcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO