İran şəhərləri QAN İÇİNDƏ: SEPAH-ın müdaxiləsi ölümlə nəticələndi – VİDEO

İran şəhərləri QAN İÇİNDƏ: SEPAH-ın müdaxiləsi ölümlə nəticələndi – VİDEO

Hazırda oxunan: İran şəhərləri QAN İÇİNDƏ: SEPAH-ın müdaxiləsi ölümlə nəticələndi – VİDEO

589795

Dünən SEPAH zabitləri və təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra Əlborz əyalətinin Fərdis şəhərində ölüm və yaralanma halları ilə bağlı məlumatlar yayılıb. 

Bizim.Media “Azad İran” telegram kanalına istinadla xəbər verir ki, yerli sakinlər qarşıdurmalar zamanı təhlükəsizlik qüvvələrinin zorakılıq tətbiq etdiyini bildirirlər.

SEPAH zabitlərinin hücumları nəticəsində qarşıdurmalarda ölənlərin və yaralananların olduğu bildirilib. Ancaq ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp etirazlar başlayandan bəri dəfələrlə bildirib ki, İran hakimiyyəti etirazçıları öldürməyə başlayacağı təqdirdə ABŞ İrana güclü zərbə endirəcək.
 

Qeyd edək ki, dekabrın sonlarından etibarən İranın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlər keçirilir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.


Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib. 

Hazırki nümayişlər İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO