Bakıdakı ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb – VİDEO

Bakıdakı ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb – VİDEO

Hazırda oxunan: Bakıdakı ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb – VİDEO

586368

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısı alınıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb.

Onun həmin ticarət mərkəzi və Suraxanı rayonunda yerləşən anbarlarından yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb.

Araşdırma aparılır. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO