Narkokuryerlik edənlər ələ keçdilər – ƏMƏLİYYATIN VİDEOSU

Narkokuryerlik edənlər ələ keçdilər – ƏMƏLİYYATIN VİDEOSU

Hazırda oxunan: Narkokuryerlik edənlər ələ keçdilər – ƏMƏLİYYATIN VİDEOSU

585624

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, onların üzərindən və T.Rəhmanova məxsus mikroavtobusdan 8 kq 380 qr marixuana, 2 kq 560 qr tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.


Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Araşdırma zamanı onların şəhərlərarası sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO