"Bolt" nağdsız ödənişli sifarişdən imtina edən taksi sürücülərini cərimələyir - İDDİA/VİDEO

"Bolt" nağdsız ödənişli sifarişdən imtina edən taksi sürücülərini cərimələyir - İDDİA/VİDEO

Hazırda oxunan: "Bolt" nağdsız ödənişli sifarişdən imtina edən taksi sürücülərini cərimələyir - İDDİA/VİDEO

584741

Taksi şirkəti nağdsız ödənişli sifarişdən imtina edən sürücüləri cərimələyir.

Bizim.Media xəbər verir ki, "Bolt" taksi şirkəti ilə əməkdaşlıq edən sürücülər belə iddia edirlər.

Onların sözlərinə görə, bu cərimələr rəsmi deyil və yalnız şirkətin daxili qaydası ilə tənzimlənir.
Dediklərinə görə, bu hal bir neçə səbəbdən baş verir.

Bəzi sürücülər isə şikayət olduğu zaman sürücünün sistem tərəfindən bloklandandığını da dedilər.

Bəs özəl şirkət dövlət tərəfindən müəyyən olunmayan, yəni daxili qərar əsasında belə bir cərimə tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı "Bolt" şirkətindən “Xəzər Xəbər”ə bildirldi ki, hazırda yalnız nağd gedişlərə görə cərimələr var. “Şirkətin tətbiqi ilə sifariş olunan səfərlərin ödənişi həm kartla, həm də nağd şəkildə mümkündür. Sürücü tərəfindən səfərin kart ödənişinə görə ləğv edilməsi qəbuledilməzdir. Bu halda sərnişin tətbiq üzərindən şikayət edə bilər. Məsələ araşdırıldıqdan və təsdiqləndikdən sonra sürücü ilə əlaqə saxlanılır və tədbir görülür. Qayda pozuntusu təkrarlanarsa və ya təsdiqlənərsə, sürücüyə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq oluna və ya hesabı bloklana bilər. Daha aydın desək, həftə ərzində sürücü 100 sifarişdən 1-ni də nağdsız icra etməyibsə, 50 manat cərimə ödənişi tətbiq edilir. Növbəti həftə də eyni hal yaşanırsa, cərimə təkrarlanır”, - deyə şirkətdən bildirilib.
 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, müqavilədə nəzərdə tutulan öhdəliyn icra olunmamasına görə cərimə mümkündür. Lakin müqavilədə qanunda nəzərdə tutulmayan heç nə əks edilə bilməz. Bu halda müqaviləyə baxılmalı və cərimənin qanunsuz, ya qanuni olduğu araşdırılmalıdır.


Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO