“Buraya adam da düşə bilər, maşın da...” – VİDEO

“Buraya adam da düşə bilər, maşın da...” – VİDEO

Hazırda oxunan: “Buraya adam da düşə bilər, maşın da...” – VİDEO

583251

Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 119 ünvanında yerləşən yolda çökmə olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, çökmə nəticəsində yolda çuxur yaranıb.

Yaranan çuxur vətəndaşların narahatlığına səbəb olub. Onlar bildiriblər ki, sözügedən yolda hər hansı hadisə baş versə, ölümlə nəticələnə bilər:

“Bu çuxura adam da düşə bilər, maşın da. Həmin hissə çat verib. Dünən AYNA-ya zəng edib demişəm ki, buraya yol nişanı qoyulsa, yaxşı olar”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirildi ki, AAYDA-nın əməkdaşları hazırda çökmə baş verən ərazidədirlər:

“Məsələni araşdırmaq üçün qazıntı işləri gedir. Sözügedən ərazidə bərpa işləri aparılır. Həmin nöqtəyə haradansa su sızıb, torpağın yuyulması ilə də çuxur əmələ gəlib”.

Videonu təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO