ABŞ prezidenti Donald Tramp Şükran Günü ilə bağlı Floridada keçirdiyi istirahətdən Vaşinqtona qayıdarkən prezident təyyarəsində jurnalistlərlə söhbət zamanı zarafat edərək bildirib ki, jurnalistlər idrak testini keçə bilməzdilər.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin YouTube kanalında videogörüntülər dərc olunub.
ABŞ lideri jurnalistlərə MRT müayinəsindən keçməsindən danışaraq deyib:
“Bu sadəcə maqnit-rezonans tomoqrafiyası idi. Bədənimin hansı hissəsi? Bu, beyin deyildi, çünki mən idrak testindən keçdim, onun öhdəsindən yaxşı gəldim və əla qiymət aldım – siz isə bunu ala bilməzdiniz”.
Bundan əvvəl Tramp mərhum maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sual verən jurnalist qadına sərt cavab vermişdi.
CNN-in yayımladığı görüntülərdə prezidentin jurnalisti sözünü kəsərək:
“Sakit ol! Sakit ol, donuz balası” dediyi görünür.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:26 / 01.12.2025
Tramp təyyarədə jurnalistlərlə zarafatlaşdı: “İdrak testini keçə bilməzsiniz” – VİDEO
Hazırda oxunan: Tramp təyyarədə jurnalistlərlə zarafatlaşdı: “İdrak testini keçə bilməzsiniz” – VİDEO
Hazırda oxunan: Tramp təyyarədə jurnalistlərlə zarafatlaşdı: “İdrak testini keçə bilməzsiniz” – VİDEO
583228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































