Fazil Mustafa: “Bu cərimədən başqa nə artım varsa, hamısı ədalətsizdir” - VİDEO

Fazil Mustafa: “Bu cərimədən başqa nə artım varsa, hamısı ədalətsizdir” - VİDEO

Hazırda oxunan: Fazil Mustafa: “Bu cərimədən başqa nə artım varsa, hamısı ədalətsizdir” - VİDEO

58127

“Azərbaycanda belə bir tendensiya yaranıb: yol infrastrukturunu lazımi səviyyədə düzəltmirsən, sərnişindaşımanı qaydaya salmırsan, metro tikintisini, demək olar ki, bərbad vəziyyətə gətirirsən. Diqqət edirsinizsə, Bakıda neçə illərdir ki, metro tikintisi yüksək səviyyədə aparılmır və tələbatı ödəmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Deputat vəzifə verilən gənc kadrları tənqid etdi: “Köhnələrin yolu ilə...”


Belə ki, deputat ilk növbədə nəqliyyat sistemi ilə bağlı iradlarını diqqətə çatdırıb:

“Təsəvvür edin ki, Sədərək, Binə kimi yarmarkalarda metro yoxdur. Bakıxanovda illərdir metronun açılacağı deyilir, açılmır. Bu yükü yalnız avtobus daşımalı olur. Avtobus üçün də ümumi yoldan bir zolaq ayrılır və bu da tıxacın əsas səbəblərindən birinə çevrilir. Həmin zolağa çıxanlar isə cərimə olunur”.

Fazil Mustafa cərimələrin artırılmasını da tənqid edib:

“Sanki elə bir fikir yaranıb ki, dünya bazarında da cərimələrin qiyməti artıb. Nə qalxırsa, cərimələri gətirib Azərbaycana tətbiq edirlər. Və bu cərimələr üzərində də dövlət qurumları öz istədikləri kimi sərəncam verirlər. Bu çox vaxt işçilərin sosial müavinətinə də yönəlmir. Buna da ayrı-ayrı məmurların faydasına olan proses kimi baxılır”.

Fazil Mustafa yol infrasturukturundakı problemlər, yol nişanları, küçələrin yuyulmaması kimi məsələlərlə bağlı da fikirlərini bölüşüb.

Millət vəkilinin səsləndirdiyi fikirlərə videodan tanış ola bilərsiniz:

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO