Bakıda zibil konteynerləri avtobus zolağına qoyuldu - VİDEO

Bakıda zibil konteynerləri avtobus zolağına qoyuldu - VİDEO

Hazırda oxunan: Bakıda zibil konteynerləri avtobus zolağına qoyuldu - VİDEO

581252

Zibil konteyneri avtobus zolağına qoyulub...

Bizim.Media xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu, Gəncə prospekti 99 ünvanındandır.

Sakinlər bildirirlər ki, 85 saylı mənzil istismar sahəsi öz balansında olan zibil konteynerlərini yolun hərəkət hissəsinə aparıb. Digərləri də dolub-daşır.

Nazim Əsədovun sözlərinə görə, zibil konteynerlərinin yerini dəyişmək istəyəndə sakinlər iradlarını bildiriblər. Sonradan qoyulan yer isə buradır.
 

85 saylı mənzil istismar sahəsinin rəisi Elcan Orucov isə bildirdi ki, 99 saylı binanın tullantıları neçə gündür daşınmır. Səbəb də bina sakinlərinin məişət tullantılarının daşınmasına görə borcunun olmasıdır. Borc ödəndikdən sonra qutular öz yerinə qaytarılacaq.


Zibil qutularının niyə başqa yerə yox, məhz avtobus zolağına qoyulmasına gəlincə isə bildirildi ki, buna səbəb ərazidəki relyefin əlverişli olmaması, yalnız həmin hissənin uyğun gəlməsidir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO