Əhali kəndləri niyə tərk edir? - Video

Əhali kəndləri niyə tərk edir? - Video

Hazırda oxunan: Əhali kəndləri niyə tərk edir? - Video

580952

Bölgələrdə kifayət qədər iş yerləri olmadığından insanlar paytaxta üz tuturlar. Belə yerlərdən biri də Gədəbəyin Şınıx kəndidir. 

Bizim.Media İTV-yə istinadən xəbər verir ki, kənd sakini Əflatun Aslanov 15 ildir işsizlikdən əziyyət çəkir.

O, 5 ailə üzvünə tək baxır. 2012-ci ilə kimi dövlət işində işləyən kənd sakini peşə travması aldığı üçün işdən ayrılmalı olub:

“İş olanda gedirəm, fəhləlik edirəm. O da 5-10 manat pul edir. 6 nəfərdən ibarət ailəyik. Kənddə əvvəl 32 ailə yaşayırdı. İndi işsizliyə görə çoxu köçüb gedir. İnsanlar dolana bilmir deyə gedirlər”. 
 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda qeydiyyata alınmış işsiz əhalinin sayı 236 000 nəfərdən çoxdur. Məşğul əhalinin sayı isə təxminən 5 000 000 nəfər təşkil edir.


Hazırda Azərbaycan əhalisinin sayı 10 253 647 nəfərdir. Rəsmi rəqəmlərə görə əhalinin 2,3 milyon nəfəri, qeyri-rəsmi məlumatlara görə isə 4 milyona yaxını Bakıda yaşayır. 

Məlumdur ki, Bakıda iş yerləri rayonlara nisbətən çoxdur. Belə ki, təkcə 2025-ci ildə ölkə üzrə açılmış yeni iş yerlərinin 74,7 faizi paytaxtın payına düşüb. 

Azərbaycan höküməti işsizliyin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib. İndi isə məqsəd bu işləri daha da genişləndirməkdir. 

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO