Əfqanıstanda zəlzələdə ölənlərin sayı 20-yə ÇATDI - FOTO/VİDEO

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 20-yə ÇATDI - FOTO/VİDEO

Hazırda oxunan: Əfqanıstanda zəlzələdə ölənlərin sayı 20-yə ÇATDI - FOTO/VİDEO

578593

Əfqanıstanın şimalında baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər həlak olub, 320 nəfər isə yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
 

Nazirliyin açıqlamasına əsasən, zəlzələ nəticəsində bir çox evlər və tikililər dağlıb, bəzi yaşayış məntəqələrində xilasedicilər dağıntılar altında qalan insanları xilas etmək üçün axtarış işlərini davam etdirirlər.


Yaralıların bir qismi ağır vəziyyətdədir və xəstəxanalara yerləşdirilib.

Hazırda bölgədə fövqəladə xidmətlər və humanitar təşkilatlar təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərirlər.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO