Göygöl rayonunda 2 nəfərin ölümü, 2 nəfərin xəsarəti ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonu ərazisinin Bəhrambağ-Yeni Qızılca ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mersedes" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın dəmir maneəyə dəyərək aşıb. Qəza zamanı avtomobildə olan 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin adlı şəxs həyatını itirib.
Hadisə nəticəsində xəsarət alanlar - 2008-ci il təvəllüdlü Yeni Qızılca kənd sakini Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə avtomobildə qəzaya düşənlər əvvəllər bir sinifdə oxuyublar.
Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu




























































































