Sosial şəbəkələrdə burun əməliyyatı keçirdikdən sonra psixoloji vəziyyəti pisləşən nəvənin nənəsinə hücum etdiyi barədə görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, sözügedən qadın məsələ ilə bağlı jurnalistlərə açıqlama verib.
O bildirib ki, nəvəsinin yenidən kiməsə xəsarət yetirəcəyindən narahatdır:
 
"Taxta ilə belimə elə vurdu ki, yerə uzandım. Zülmlə ev tikdirmişəm. Qapım-bacam qalmayıb, hamısını darmadağın edib. Ondan mənə uşaq olmaz, kimisə öldürəcək. Görün məni nə günə qoyub, qatilimdir".
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
 
					































































































