Bakıda piyadaların səbəb olduğu dəhşətli qəzalar – ANBAAN VİDEO

Bakıda piyadaların səbəb olduğu dəhşətli qəzalar – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda piyadaların səbəb olduğu dəhşətli qəzalar – ANBAAN VİDEO

578165

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

“Yolu keçməzdən əvvəl bir an dayan – düşün, özünün və başqalarının həyatını riskə atma.

Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətindən asılıdır. Piyadalar üçün isə bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır.
 

Təəssüf ki, bəzən piyadalar yaxınlıqda keçid olduğu halda, müəyyən edilməmiş yerlərdən yolu keçərək həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar. Bir anlıq tələskənlik və ya diqqətsizlik çox zaman geri dönüşü olmayan nəticələrə gətirib çıxarır.


Unutmayaq ki, piyada keçidləri, işıqforlar və yol nişanları insan həyatını qorumaq üçün var. Onlara əməl etmək yalnız qanunun tələbi deyil, həm də öz həyatımıza və ətrafımızdakılara göstərdiyimiz dəyərin göstəricisidir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hər kəsi məsuliyyətli olmağa çağırır:

- Yalnız müəyyən olunmuş keçidlərdən istifadə edin;

- Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl hər iki istiqamətə baxın;

- Ehtiyatı əldən verməyin.

Unutmayın – təhlükəsizliyiniz sizin davranışınızdan asılıdır!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO