Bakıda avtobusda qəribə HADİSƏ: Hər kəsə tort payladı - VİDEO

Bakıda avtobusda qəribə HADİSƏ: Hər kəsə tort payladı - VİDEO

Hazırda oxunan: Bakıda avtobusda qəribə HADİSƏ: Hər kəsə tort payladı - VİDEO

577279

Bakıda ictimai nəqliyyatda qeyri-adi hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, paytaxt marşrutlarından birində sərnişin avtobusda masa açaraq tort paylayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc bir şəxsin avtobusun içində kiçik masa qurduğu, üzərinə tort qoyaraq digər sərnişinlərə dilim-dilim payladığı əks olunur.

Hadisə zamanı avtobusdakı sərnişinlərin gülümsədiyi və həmin anı telefonla çəkdiyi görünür.
 

Maraqlı səhnə sosial şəbəkələrdə minlərlə baxış və yüzlərlə rəy toplayıb. İzləyicilər hadisəyə müxtəlif cür reaksiya veriblər. Bəziləri bunu pozitiv və əyləncəli addım, digərləri isə ictimai yerdə qaydalara zidd davranış kimi dəyərləndirib.


Hadisənin hansı marşrut xəttində baş verdiyi hələlik dəqiqləşdirilməsə də, görüntülər qısa zamanda bütün sosial platformalarda trendə çevrilib. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO