Zərdabda ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Abdullayev Azər Cəlal oğlunun idarə etdiyi "VAZ-21099” minlik avtomobili İ.Hüseyinovun (ad şərti) idarə etdiyi Land Rover markalı minik avtomobili ilə toqquşub.
Nəticədə Zərdab rayon sakini Abdullayev Azər Cəlal oğlu qəza zamanı dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.




Bizim.Media, Aran bürosu



























































































