Badamdarda su anbarına yıxılan vətəndaş belə xilas edildi - VİDEO

Badamdarda su anbarına yıxılan vətəndaş belə xilas edildi - VİDEO

Hazırda oxunan: Badamdarda su anbarına yıxılan vətəndaş belə xilas edildi - VİDEO

577248

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Badamdar şosesi, 216 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətinindən Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş - 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğlu dərinliyi 3.5 metr olan və ehtiyat su anbarı kimi nəzərdə tutulan tikiliyə yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qalıb.


Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO