Lənkəranda avtomobil idarəetməni itirərək suötürücü kanala düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı suötürücü kanala düşüb. Nəticədə xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu



























































































