Zakir Həsənov "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - FOTO/VİDEO

Zakir Həsənov "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - FOTO/VİDEO

Hazırda oxunan: Zakir Həsənov "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - FOTO/VİDEO

576488

Özbəkistanda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində azərbaycanlı hərbi qulluqçularla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
 

Keçirilən təlimin ölkələr arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.


General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin orduların yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.

Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO