Bərdədə toy karvanının qarşısını kəsən qaraçı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bərdədə toy karvanının qarşısını kəsən qaraçı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Bərdədə toy karvanının qarşısını kəsən qaraçı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

576216

Bərdə rayonunda avtomobilin qarşısını kəsən qaraçı ilə bağlı rəsmi açıqlama verilib.

Bizim.Media xəbər verir ki, mövzu ilə oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, dilənçilik və tüfeyli həyat tərzi sürən bəlli qrupların hüquqazidd hərəkətlərinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər həyata keçirilir:
 

"Ötən həftə paytaxtın hərəkətin intensiv olduğu küçə və prospektlərində dilənçiliklə məşğul olan, ana və azyaşlılardan ibarət 11 nəfər müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb və onlar qeydiyyatda olduqları rayonlara göndəriliblər".


Xatırladaq ki, Bərdə rayonunda sürücü idarə etdiyi avtomobili qarşısına keçən şəxsin üzərinə sürüb.

Qeyd olunub ki, toy karvanında hərəkət edən avtomobilin qarşısına qaraçılar çıxıb və sürücüdən "şirinlik" üçün pul istəyiblər. Sürücü isə onların qarşıdan çəkilməsi üçün sürəti azaltsa da, maşını saxlamayıb və üzərinə sürüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO