Polis Qubada evlərdən 60 min manatlıq oğurluq edən şəxsi saxladı – VİDEO

Polis Qubada evlərdən 60 min manatlıq oğurluq edən şəxsi saxladı – VİDEO

Hazırda oxunan: Polis Qubada evlərdən 60 min manatlıq oğurluq edən şəxsi saxladı – VİDEO

576206

Qubada evlərdən silsilə oğurluqların edilməsi barədə polisə zərərçəkən şəxslərdən şikayətlər daxil olub. Quba RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Roman Məmmədşahov saxlanılıb. 

Bizim.Media xəbər verir ki, araşdırmalarla onun müxtəlif evlərdən 10 min manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və 7370 dollar oğurladığı müəyyən edilib.

R.Məmmədşahovdan oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Məmmədşahovun barəsində həbs qətimkan tədbiri seçilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO