Hövsanda binadan yıxılan uşaq ailənin tək övladı imiş - VİDEO

Hövsanda binadan yıxılan uşaq ailənin tək övladı imiş - VİDEO

Hazırda oxunan: Hövsanda binadan yıxılan uşaq ailənin tək övladı imiş - VİDEO

576174

Xəbər verdiyimiz kimi, Hövsanda yerləşən çoxmərtəbəli binaların birində azyaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb.

Bizim.Media Xəzər TV-yə istinadən məlumatına görə, ailə üzvləri Rəsul Əlifzadənin 3 yaşı, rəsmi qurumlar isə 6 yaşı olduğunu bildirir.

Qeyd olunub ki, hadisə baş verən vaxt azyaşlı həyətdə nənəsi ilə uşaq meydançasında oynayırmış. Evə getmək istəyib, nənəsinin yanından qaçaraq liftə tək minib. Onlar altıncı mərtəbədə yaşayırmış, amma uşaq liftdə 7-ci mərtəbənin düyməsini basıb. Nənəsi gəlib ona çatanadək blokda yerləşən açıq eyvana çıxıb və oradan yıxılıb.

R.Əlifzadə ailənin tək övladı olub.
 

TƏBİB-dən isə bildirilib ki, oktyabrın 18-i saat 15:40 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.


Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2019-cu il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Daha ətraflı videomaterialda:

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO