Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Orenburq şəhərində yerləşən qaz emalı zavoduna hücum ediblər. Hücum nəticəsində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, ki, bu barədə Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev öz "Telegram" kanalında yazıb..
Onun sözlərinə görə, qaz zavodunun infrastrukturu qismən zərər görüb:
"Sexlərdən birində yanğın başlayıb. İşçilər arasında xəsarət alan yoxdur".
Qeyd edək ki, sözügedən zavod dünyanın ən böyük qaz-kimya komplekslərindən biridir. Orenburq zavodu ildə 37,5 milyard kubmetr qaz emal edir.
Orenburqdan Ukrayna sərhədinədək məsafə təqribən 1400 km-dir.
Bizim.Media