Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı – VİDEO

Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı – VİDEO

Hazırda oxunan: Bakıda avtomobil çuxura düşdü, tıxac yarandı – VİDEO

575765

Bu gün paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində avtomobil yolda qazılmış çuxura düşüb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.
 

Belə ki, avtomobil yolun hərəkət hissəsindəki çuxurda qalıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti çətinləşib.


Hazırda həmin ərazidə olan polis əməkdaşları avtomobillərin hərəkətinə kömək edirlər. Yolda qazıntının hansı qurum tərəfindən aparılması hələlik məlum deyil.

Hadisə ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılıb:

“Məlum olub ki, qeyd edilən ünvanda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazıntı işləri aparılır və yekunlaşdırıldıqdan sonra asfalt örtüyü bərpa ediləcək. Məsələ nəzarətimizdədir”.

Görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO