"Beauty Time"da qadın yanıq xəsarətləri aldı - Məşhur salonlar şəbəkəsindən ŞİKAYƏT/VİDEO

"Beauty Time"da qadın yanıq xəsarətləri aldı - Məşhur salonlar şəbəkəsindən ŞİKAYƏT/VİDEO

Hazırda oxunan: "Beauty Time"da qadın yanıq xəsarətləri aldı - Məşhur salonlar şəbəkəsindən ŞİKAYƏT/VİDEO

575310

Sosial şəbəkələrdə "Beauty Time" adlı gözəllik salonunda lazer epilyasiyası zamanı vətəndaşın dodaq hissəsindən yanıq xəsarəti alması barədə məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, Bakıda bir çox yerlərdə filialları olan məşhur gözəllik mərkəzi hadisədən sonra vətəndaşın şikayəti ilə bağlı heç bir tədbir görməyib.

Bundan əlavə sosial şəbəkə istifadəçiləri həmin salonla bağlı iradlarını bildirərək, bu kimi hadisələrin bir neçə dəfə təkrarlandığını da vurğulayıblar.

"Dodağım sulandı, qızardı, pis vəziyyətə düşdü. Şikayətimi bildirəndə, mənə cavab verilmədi. Salona gedəndə, üstümə şər də atıldı ki, guya dodaq boyasını silməli olduğum deyilib, amma qəbul etməmişəm", - deyə zərərçəkən açıqlamasında söyləyib.
 

BakuTV-nin əməkdaşları sözügedən salona yollanıblar. Mərkəzdən bildirilib ki, hazırda müdiriyyətdən heç kim yoxdur və sualları onlar cavablandırmalıdırlar.


Salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva isə suallara cavab verməməyinin səbəbini səhhətində olan problemlə əlaqələndirib.

Daha ətraflı BakuTV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO