Göyçayda soyğunçuluq edən şəxslər saxlanılıblar.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.
Naməlum şəxslər vətəndaşın mobil telefonunu açıq talama yolu ilə ələ keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən əvvəllər də məhkum olunmuş 23 yaşlı Nicat Miriyev və 20 yaşlı Rahim Eminli saxlanılıb.
Polis əməkdaşları tərəfindən mobil telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Miriyev və R.Eminli barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Multimedia
12:30 / 10.10.2025
DİN Göyçayda əməliyyat keçirildi: Saxlanılanlar var – FOTO
Hazırda oxunan: DİN Göyçayda əməliyyat keçirildi: Saxlanılanlar var – FOTO
Hazırda oxunan: DİN Göyçayda əməliyyat keçirildi: Saxlanılanlar var – FOTO
574569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.