Bakının "Şuşa" KVN klubu Rusiyanın Soçi şəhərində keçirilən "KİVİN-2022" festivalında ikinci tura yüksəlib.
Bizim.Media-nın məlumatına görə, komandamız ikinci tura yüksəldikdən sonra festivalın rəsmi saytında "Şuşa" deyil, "Buta" adı ilə qeyd edilib.
Sosial şəbəkələrdə komandamızın adının təşkilatçıların təzyiqindən sonra dəyişdiyi bildirilib.
Bu, insanlar arasında böyük narazılıq doğurub. Komandanın rəhbərliyi tənqid edilib.
Qeyd edək ki, sözügedən lomandanın rəhbəri məşhur ssenarist və prodüser Müşviq Abbasovdur. Onunla bir neçə dəfə faktı dəqiqləşdirmək üçün telefon əlaqəsi yaratmağa çalışsaq da, zəngimizə cavab vermədi.
Bizim.Media