İlham Əliyev haqqında sənədli FİLM: “Prezident. Təkrarsız diplomatiya” - VİDEO

İlham Əliyev haqqında sənədli FİLM: “Prezident. Təkrarsız diplomatiya” - VİDEO

Hazırda oxunan: İlham Əliyev haqqında sənədli FİLM: “Prezident. Təkrarsız diplomatiya” - VİDEO

52291

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.

Bizim.Media xəbər verir ki, “Prezident. Təkrarsız diplomatiya” adlanan sənədli filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.

Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişaf sayəsində Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib. 

Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.

Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.

“Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.

Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.
Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.

Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.

Film bu gün saat 16:00 və 22:00-da da AzTV-də yayımlanacaq.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO