Azərbaycanda PUA-lar havaya qaldırıldı – VİDEO

Azərbaycanda PUA-lar havaya qaldırıldı – VİDEO

Hazırda oxunan: Azərbaycanda PUA-lar havaya qaldırıldı – VİDEO

48736

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO