Belarus prezidenti Aleksandr Lukaşenkonun Almaniya kansleri Angela Merkellə telefon danışığı zamanı təklif etdiyi mexanizmin həyata keçirilməsi çərçivəsində Belarus öz vədlərini yerinə yetirir.
Bizim.Media xəbər verir ki, bu barədə BELTA-ya Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont hazırkı vəziyyət və qaçqın böhranının həlli istiqamətində Belarus tərəfinin hərəkətləri barədə məlumat verib.
"Bəli, Belarus prezidenti ilə Almaniya kansleri arasında danışıqların davamı olaraq, bu dəqiqə vəziyyət barədə sizə məlumat verəcəyəm. Bu gün Belarusda 7 minə yaxın qaçqın var. Onlardan 2 minə yaxını sərhəddə - kortəbii düşərgədə cəmləşib. 500-ə qədər insan isə başqa nöqtələrdədir. Bunlar polyakların Polşadan çıxartdıqları qaçqınlardır. İnsanlar oraya zorla daxil olmuşdular”, deyə Natalya Eysmont bildirib.
O, qeyd edib ki, ki, Almaniya kansleri Angela Merkellə ilk söhbətində Belarus prezidentinin təklif etdiyi mexanizm belə olub:
“Avropa İttifaqı düşərgədə olan 2000 qaçqın üçün humanitar dəhliz yaradır. Qalan 5 min nəfər isə vətənlərinə qayıdacaq. Angela Merkel isə razılaşmalara əsasən, Aİ ilə danışıqlar aparacaq, o cümlədən Almaniyaya humanitar dəhliz təşkil edəcək”.
"Gördüyünüz kimi, bu gün də biz öz öhdəliyimizi yerinə yetiririk! Bəli, təəssüf ki, yalnız 400-ə yaxın qaçqın vətənlərinə qayıtmağa razılıq verib. Dəqiq desək, bu gün havaya qalxan təyyarədə 374 sərnişin var, əksəriyyəti İraq vətəndaşlarıdır", - mətbuat katibi vurğulayıb.
Onun sözlərinə görə, Belarusda olanlar Qərbi Avropaya və ilk növbədə Almaniyaya humanitar dəhliz verməkdə israrlıdırlar.
"Yəni, hələlik onlar uçmaqdan qəti şəkildə imtina edirlər, lakin biz bunun üzərində işləyəcəyik. Buna baxmayaraq, indidən deyə bilərik ki, Belarusun miqrasiya xidmətlərinin Xarici İşlər Nazirliyi ilə birgə işi öz nəticəsini verib. Biz vədlərimizə əməl edirik. Avropa İttifaqı hələ heç bir öhdəliyi yerinə yetirməyib", - Natalya Eysmont qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
16:19 / 18.11.2021
"Vədlərimizə əməl edirik” – Lukaşenkonun sözçüsü miqrantlarla bağlı son vəziyyəti açıqladı - VİDEO
Hazırda oxunan: "Vədlərimizə əməl edirik” – Lukaşenkonun sözçüsü miqrantlarla bağlı son vəziyyəti açıqladı - VİDEO
Hazırda oxunan: "Vədlərimizə əməl edirik” – Lukaşenkonun sözçüsü miqrantlarla bağlı son vəziyyəti açıqladı - VİDEO
46630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.