Sürəyya Ağaoğlu ilə bağlı maraqlı faktlar açıqlanacaq -

Sürəyya Ağaoğlu ilə bağlı maraqlı faktlar açıqlanacaq - "Yüz ilin sirləri" - VİDEO

Hazırda oxunan: Sürəyya Ağaoğlu ilə bağlı maraqlı faktlar açıqlanacaq - "Yüz ilin sirləri" - VİDEO

45881

Ötən mövsüm AzTV-də yayımlanan "Yüz ilin adamları" layihəsi bu il yeni adla, yeni formatla təqdim olunacaq.

Bizim.Media xəbər verir ki, bu mövsüm veriliş "Yüz ilin sirləri" adı ilə təqdim ediləcək.

İlk veriliş Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğluna həsr edilib. Verilişdə Sürəyya Ağaoğlunun həmkarları və varisləri onunla bağlı xatirələrini bölüşüblər. 

Layihənin ideya müəllifi və aparıcısı Hüseyn Cavadzadənin sözlərinə görə, bu mövsüm efirə gedəcək buraxılışlar zamanı təkcə tarixi şəxsiyyətlərin həyat yolu deyil, eyni zamanda tarixi hadisələr, faktlar da araşdırılacaq. Bəzi verilişlər Azərbaycan siyasətində, mədəniyyətində önəmli səhifə olan hadisələrə, proseslərə həsr olunacaq.

Bununla yanaşı, ötən əsrin ölkə və dünya əhəmiyyətli bəzi sirrləri də yaradıcı heyət tərəfindən araşdırılır.

"Araşdırmalarımız zamanı bəzən elə sirrli məqamlarla rastlaşırıq ki, özümüz də təəccüb edirik. Lakin tamaşaçıya verəcəyimiz hər bir informasiyanı əsaslı faktlarla təqdim edə bilirik. Bu mövsüm dahi M.Ə.Rəsulzadə, Həzi Aslanov kimi tarixi qəhramanlarımızla yanaşı, Ağaoğlular nəslinin seçilən nümayəndələri Əhməd bəy Ağaoğlu, Sürəyya Ağaoğlu, Rusiyada yaşamış, tarixdə ilkləri ilə qalan azərbaycanlılar Sabit Orucov, Kərim Kərimov, Eyyub Tağıyev, Ənvər Məmmədov haqqında da özəl buraxılışlarımız olacaq," - deyə Hüseyn Cavadzadə bildirib.

Qeyd edək ki, " noyabrın 14-də saat 22:00-da AzTV-də yayımlanacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO