Ehtiyatdan çağırılanlara təlim toplanışı - VİDEO

Ehtiyatdan çağırılanlara təlim toplanışı - VİDEO

Hazırda oxunan: Ehtiyatdan çağırılanlara təlim toplanışı - VİDEO

43867

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyi ehtiyatda olanlarla bağlı MƏLUMAT YAYDI - VİDEO


Tapşırıqların icrası zamanı hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyirlər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO