Ukrayna millət vəkilinin ölümündə azərbaycanlı izi - VİDEO

Ukrayna millət vəkilinin ölümündə azərbaycanlı izi - VİDEO

Hazırda oxunan: Ukrayna millət vəkilinin ölümündə azərbaycanlı izi - VİDEO

41631

Ukraynalı millət vəkili Anton Polyakovun taksidə ölümü ilə bağlı bir sıra maraqlı məqamlar üzə çıxıb.

Bizim.Media Ukrayna mediasına istinadən xəbər verir ki, bu ölkənin Daxili İşlər Nazirliyi deputatın ölümündən öncə restoranların birində görüşdüyü iki tanışının şəxsiyyətini müəyyən edə bilib.

Bunlardan biri millət vəkili Anna Skoroxodun köməkçisi Rustam Cambulatov, digəri isə azərbaycanlı Xətai Əliyevdir. Onlar həmin gecə tez-tez Polyakovun olduğu masaya yaxınlaşıblar.
 

Hüquq-mühafizə orqanlarının araşdırmasına görə, A.Polyakov restoranda spirtli içki qəbul etsə də, oranı normal formada tərk edib. 


Restorandan çıxdıqdan sonra A.Polyakov tanışı R.Cambulatovun maşınına əyləşib və təqribən 2 saat Kiyevdə dolaşıblar. Daha sonra R.Cambulatov onun üçün taksi çağırıb və A.Polyakov maşına əyləşərək gedib.

Qeyd edək ki, sözügedən hadisədə adı hallanan 1991-ci il təvəllüdlü Xətai Əliyev Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən axtarışa verilib. Lakin onun hansı səbəbdən axtarıldığı barədə məlumat yoxdur. 

Anton Polyakov oktyabrın 8-i Kiyevdə dünyasını dəyişib. 
 

Polislər yol hərəkəti qaydalarını pozduğuna görə taksini saxladıqda Antok Polyakovu huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.


Polyakovun ürəktutmasından dünyasını dəyişdiyi qeyd olunur. Bununla yanaşı, millət vəkilinin qanında metadon aşkar olunub.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO