Valideynləri vahiməyə salan səs yazısına DİN-dən REAKSİYA - AUDİO 

Valideynləri vahiməyə salan səs yazısına DİN-dən REAKSİYA - AUDİO 

Hazırda oxunan: Valideynləri vahiməyə salan səs yazısına DİN-dən REAKSİYA - AUDİO 

41409

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və “Whatsapp” qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, hazırda “Whatsapp” qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır: 
 

MÖVZU İLƏ BAĞLI:

Bir gündə 60 cinayətin üstü “isti izlər”lə açıldı


“Bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”. 

Qeyd edək ki, son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə və vatsap qruplarında səs yazıları yayılır. Bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO