Tural Gəncəliyev:

Tural Gəncəliyev: "Ermənilər Azərbaycan pasportu istəyirlər" - VİDEO

Hazırda oxunan: Tural Gəncəliyev: "Ermənilər Azərbaycan pasportu istəyirlər" - VİDEO

40779

“Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenlə videokonfrans formatında görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə deputat özünün “Twitter” hesabında məlumat verib.

T. Gəncəliyev Xankəndinin deputatı kimi erməni əsilli vətəndaşların Azərbaycanda siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiyasını təmin etmək üçün işləməkdə maraqlı olduğunu K. Henriksenin diqqətinə çatdırıb.

“Təbii ki, həm Azərbaycan Prezidenti, həm də digər hökumət təmsilçiləri bütün erməni əsilli vətəndaşlarımızın siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiya olunmasını istədiklərini bəyan ediblər.


Onlar Azərbaycan sərhədləri daxilində Konstitusiyada əks olunmuş bütün hüquqlardan yaralana biləcəklər. Mən bir deputat kimi Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərdən bu barədə çoxlu mesajlar alıram.

Onlar Azərbaycan pasportunu əldə etmək üçün müraciət etmək istədiklərini bildirilər. Eyni zamanda, biz humanitar məsələləri həll etmək istərdik”, - T. Gəncəliyev qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO