İsrailli ekspert: “Ermənilər Qarabağı talan edəndə “ədalətli” İran harada idi?” - VİDEO

İsrailli ekspert: “Ermənilər Qarabağı talan edəndə “ədalətli” İran harada idi?” - VİDEO

Hazırda oxunan: İsrailli ekspert: “Ermənilər Qarabağı talan edəndə “ədalətli” İran harada idi?” - VİDEO

0:00
0:00
40506

“İran özünün sərt və düşünülməmiş hərəkətləri və bəyanatları ilə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsi prosesini pozur”.

Bizim.Media xəbər verir ki, bunu beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının birbaşa efirində deyib.

Ermənilərin işğal ərzində Qarabağdakı vəhşiliklərindən danışan ekspertin sualı da maraq doğurub:

“Məgər Qarabağı özününkü adlandıran ölkə şəhərləri faşistcəsinə məhv edə, onları kabus şəhərə çevirə, oranı tərk edəndə bütün evləri yandıra bilərmi? Bəs “ədalətli” İran bütün bu müddətdə harada idi?!

Ermənistan İkinci Qarabağ müharibəsində tam geosiyasi, diplomatik və hərbi fiaskoya uğrayıb. Ermənistan razılaşa bilmir ki, məhz Azərbaycan Cənubi Qafqazda İsrailin çox mühüm strateji tərəfdaşıdır, Azərbaycan İsraillə hərbi-strateji tərəfdaşlıqdan bütün texnoloji üstünlük əldə edir və postsovet məkanında heç bir ölkə bu üstünlüklərə sahib deyil”.

Arye Qutun sözlərinə görə, Avrasiyada heç bir ölkənin İsraillə Azərbaycan kimi sıx, səmimi, strateji və dostcasına münasibəti də yoxdur. 

Daha ətraflı videoda:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO