Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – Bunu edənlər cərimələnəcək - VİDEO 

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – Bunu edənlər cərimələnəcək - VİDEO 

Hazırda oxunan: Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – Bunu edənlər cərimələnəcək - VİDEO 

40498

Yol Polisi İdarəsi paytaxt ərazisində tez-tez zolağını dəyişərək manevr qaydalarını kobud şəkildə pozan sürücülərə xəbərdarlıq edib.  

Bizim.Media xəbər verir ki, bu cür qaydaları pozanlara kameralar vasitəsi ilə ciddi nəzarət edildiyi və aşkar edilən sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunacaqları bildirilib. 

Sürücü yol boyu hərəkətin sıx olduğu küçədə gah sağa, gah da sola hərəkət edir. Bu cür hərəkətlər etməklə həm öz, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.

Kadrları paytaxt ərazisində sürücülərdən biri çəkərək Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə göndərib. Sözügedən qurumun inspektoru Araz Əsgərli deyir ki, yol polis idarəsinin ''Hərəkətə Nəzarət'' mərkəzində xüsusi texniki vasitələrlə aşkarlanan qayda pozuntularının içərisində tez-tez zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozaraq, digər sürücülərə təhlükəli vəziyyət yaradanlara çox rast gəlinir. Bu səbəbdən də yol polisi belə intizamsız sürücülərə ciddi xəbərdarlıq edib. 

''Hərəkətə Nəzarət'' mərkəzinin kameralarına düşən görüntülərdən də bu aydın şəkildə görünür. Yolda tez-tez zolaqları dəyişən sürücülər hətta ağır qəzalara belə səbəb olurlar. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, zolağını dəyişməklə manevr qaydalarını kobud şəkildə pozan sürücülər zənn etməsinlər ki, onların bu əməlinə qiymət verilməyəcək.

24 saat şəhər küçələrinə nəzarət edilən mərkəzdən həmin sürücülər aşkar edilir və qanuna uyğun şəkildə cərimə olunurlar. 

Yol polisi sürücülərə bir daha xəbərdarlıq edirik ki, belə qayda pozuntularına yol verməsinlər. Bu, yolun ümumi nizamına təsir edən əsas amillərdən biridir. Həmçinin belə hallar zamanı yollarda süni sıxlıqların yaranmasına da səbəb olur. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO