Azərbaycanda dəhşətli cinayət: Arvadını

Azərbaycanda dəhşətli cinayət: Arvadını "whatsapp"a qoyduğu bu hekayəyə görə öldürdü - VİDEO

Hazırda oxunan: Azərbaycanda dəhşətli cinayət: Arvadını "whatsapp"a qoyduğu bu hekayəyə görə öldürdü - VİDEO

40452

Həyat yoldaşını idman aləti olan qantellə qətlə yetirməkdə təqsirləndirilən Şəki sakini 56 yaşlı İlham Əkbərovun məhkəməsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, İ.Əkbərov özündən 18 yaş kiçik kiçik həyat yoldaşını ona xəyanət etməsindən şübhələndiyinə görə öldürüb.

Şübhələr onun xanımında "Whatsapp” statusunda etdiyi paylaşımdan sonra yaranıb. Həyat yoldaşını qətlə yetirdikdən sonra təqsirləndirilən şəxs uşaqlarını da götürərək paytaxtdan Şəkiyə gedib.
 

MÖVZU İLƏ BAĞLI:

Ölümü müəmmalı qalan 20 yaşlı gəlinlə bağlı YENİ İDDİA – İntim yazışmaları OLUB


Uşaqları valideynə təhvil verəndən sonra polisə təslim olub. 2019-cu ildə baş verən bu hadisənin istintaqı bu il başa çatıb.

2019-cu il oktyabrın 9-da Şəki şəhər-rayon polis şöbəsinə gələn 1965-ci il təvəllüdlü İlham Əkbərov iki gün əvvəl paytaxın Nizami rayon, Şərifli küçəsində yaşadıqları ünvanda həyat yoldaşı 1982-ci il təvəllüdlü Cəvahir Əkbərovanı qətlə yetirdiyini bildirib. İlham Əkbərov şübhəli şəxs qismində saxlanılıb. Onun ifadəsi barədə ərazi üzrə Nizami rayon polis idarəsinə məlumat verilib. Mənzilə baxış zamanı Cəvahir Əkbərova al-qan içində olan meyidi tapılıb.

Bundan sonra İ.Əkbərov paytaxta gətirilib. Faktla bağlı Nizami rayon Prokrorluğunda cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsifadəsi hadisə yerində yoxlanılıb.
 

İ.Əkbərov C.Əkbərova ilə 2003-cü ildə ailə həyatı qurub və həmin nikahdan iki övladları olub. İstintaq hərəkətləri zamanı İ.Əkbərov xeyir-şər evində qabyuyan işləyən həyat yoldaşını ona xəyanət etdiyi üçün qətlə yetirdiyini bildirib.


Təqsirləndirilən şəxsin dediyinə görə, həyat yoldaşından hadisədən təxminən 4 ay əvvəl mobil telefon nömrəsininin "Whatsapp” proqramında paylaşdığı statusdan sonra şübhələnməyə başlayıb. Statusda "Uzaqdan-uzağa sevməkdə biz birinci yerdəyik” yazısı olub.

C.Əkbərova ərinə bu yazını statusa elə-belə qoyduğunu deyib. İ.Əkbərov arvadının ona günü 20 manata qabyuyan işlədiyi xeyir-şər evinin Seymur adlı inzibatçısı ilə xəyanət etməsini güman edib. Bu səbəbdən də C.Əkbərova iş yerinə baş çəkmək qərarına gəlib.

Həmin gün başlayan dava gecə saat 4-də qətllə bitib. İ.Əkbərov yatılı vəziyyətdə olan C.Əkbərovaya qantellə zərbələr endirib.
 

Təqsirləndirilən şəxsin xahişi nəzərə alınıb. Mobil telefondan silinən fayllar bərpa ediləndən sonra İ.Əkbərovun şübhələrinin əsassız olmadığı müəyyən edilib. Məhkəmə prosesi zamanı İ.Əkbərov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüququ varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.


Sonda məhkəmənin hökmü ilə İ.Əkbərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

İTV-nin cinayət işi ilə bağlı reportajını təqdim edirik:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO